...

Tur paketlərin satışı adı altında vətəndaşları aldadan şəxs saxlanıldı

Cəmiyyət Materials 23 Noyabr 2023 09:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tur paketlərin satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib və o, saxlanılaraq istintaqa təqdim edilib. E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti