Bakı. Trend:
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar cari ildə elan edilmiş müsabiqənin ikinсi - yazılı imtahan mərhələsinə yekun vurulub.
Trend-in məlumatına görə, yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 72 namizəd tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.