Bakı. Trend:
Bu günümüzü şəhidlərə, onların analarına borcluyuq.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Nənəliyeva Fatma deyib.
Onun sözlərinə görə, 30 ildən sonra doğma torpağına qayıtdığı üçün sevinir.
"Ali Baş Komandanımızın sayəsində yenidən doğma yurda qayıdırıq.
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can-sağlığı versin.
Mənim öz oğlum da 2-ci Qarabağ müharibəsində iştirak edib. Müharibə vaxtı hər gün günəş çıxan vaxtı mən Allaha dua edirdim ki, övladlarımızı qorusun, torpaqlarımız işğaldan azad olunsun. Oğlum hərbidən qayıtdıqdan sonra mən onu öpmədim. Çünki şəhid analarından utanıram", - deyə o bildirib.
Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.