...

Doğma yurda dönüşdən böyük hiss ola bilməz - Füzuli sakini

Cəmiyyət Materials 27 Noyabr 2023 09:17 (UTC +04:00)
Doğma yurda dönüşdən böyük hiss ola bilməz - Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma yurda dönüşdən böyük hiss ola bilməz.

Bunu Trend-ə açıqlamasında Füzulin sakini Səlimov Natiq deyib.

Onun sözlərinə görə, 16 yaşında Füzulini tərk edib. Füzulini tərk etmək çox acı xatirədir.

"İndi isə sevinə-sevinə böyük fəxrlə öz yurdumuza qayıdırıq. Dövlətimiz bizi evlə təmin edib.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", -deyə o qeyd edib.

Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti