Bakı. Trend:
Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının 2023-cü il Konfransı keçirilir.
Konfrans “Təsiri olan Ali Təhsil: Mədəniyyətlərarası öyrənmə və dialoqun əhəmiyyəti” mövzusuna həsr olunub.
Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov konfransda müzakirələrdə iştirak edib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrinin aparıcı ali təhsil və tədqiqat müəssisələrinin mütəxəssislərinin qatıldığı konfrans universitetlərin mədəniyyətlərarası öyrənmə və dialoqu necə təşviq və dəstəklədiyini, geosiyasətin bu məqsədə təsirini və onun cəmiyyətimiz üçün daha geniş təsirlərini araşdırır.