Bakı. Trend:
Humanitar minatəmizləmə fəaliyyəti maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik.
Trendxəbər verir ki, bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
“Bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir",-deyə S.Poladov bildirib.
Qeyd edək ki, Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir.