Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq, 5479,8 milyon manat olub.
Bu barədə Trend-ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4537,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 82,8 faizini təşkil edib.