Bakı. Trend:
Hazırda qızılcaya yoluxanların sayının sürətlə artmasının şahidi oluruq. Qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksinasiyanın aparılmamasıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
"İcbari dispanserizasiya aparılanda peyvəndləmənin nə qədər az olması ilə bağlı statistika aparılıbmı? Təbii ki, aparılsaydı, bu gün vaksinasiyadan keçməyən uşaqların da sayı bəlli olardı. Bu gün qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksinasiyanın aparılmamasıdır. Bütün bunlara baxmayaraq, hər il dispanserizasiya üçün büdcədən kifayət qədər vəsait ayırılır", - deyə o əlavə edib.