...

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2023 18:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir.

"Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda, görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti