...

Şabranda yol kənarından silah-sursat tapılıb

Cəmiyyət Materials 1 Dekabr 2023 03:24 (UTC +04:00)

Bakı. Trend:

Şabranda silah-sursat aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti