...

Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlandı - ANAMA

Cəmiyyət Materials 4 Dekabr 2023 18:57 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlandı - ANAMA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 03 noyabr) məlumatında deyilir.

Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti