...

Azərbaycan qlobal ekologiyanın yaxşılaşmasına töhfə verir - Komitə sədri

Cəmiyyət Materials 6 Dekabr 2023 11:10 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənilər 54 hektar meşə sahəmizi məhv edib, minalarla, partlamamış hərbi sursatlarla ərazilərimizi çirkləndiriblər.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, dünyada qlobal istiləşməni, ekoloji fəlakətləri, quraqlıq və su resurslarının azalması kimi məsələləri müzakirə edirlər, amma unudurlar ki, insanların ölümünə səbəb olmaqla yanaşı, flora və faunanın məhvinə səbəb olan amillərdən biri də minalardır.

“Bu mənada, beynəlxalq ictimaiyyətin dünyada baş verən hadisələrə münasibəti birmənalı deyil. Azərbaycan qlobal ekologiyanın yaxşılaşmasına töhfə verir. Bu gün daha təmiz enerji resurslarından istifadə etmək üçün əlindən gələni edir. Yaşıllıq sahələrinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, yeni meşə zolaqları salınır" - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.

Xəbər lenti

Xəbər lenti