...

Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 8 Dekabr 2023 16:33 (UTC +04:00)
Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanış mərasimi keçirilib.

Trend xəbər verir ki, əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2023-də 27 komanda I, 73 komanda II, 67 komanda isə III yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.

Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.

Daha sonra qalib komandalara mükafatlar təqdim edilib.

Qeyd edək ki, festival 4 – 8 dekabr tarixlərində keçirilib.

SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Əcnəbi iştirakçılar Türkiyə, Niderland, Çex Respublikası, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil ediblər.

xxx

15:35

Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanış mərasimi keçirilir.

Trend xəbər verir ki, əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib.

Bildirilib ki, SAF 2023-də 27 komanda I, 73 komanda II, 67 komanda isə III yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.

Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti