Bakı. Trend:
Noyabrın 25-də Hindistan Assosiasiyaları, səfirliyin dəstəyi ilə ənənəvi Divali bayramını keçirməklə, Bakı, işıqların və rənglərin möhtəşəm nümayişi ilə aydınlandı. Müxtəliflikdə birliyi simvolizə edən bu tədbir Azərbaycan icmasından da bir çox insanın iştirakı ilə 400-ə yaxın insanı cəlb edərək, Divali təcrübəsini mədəni müxtəlifliklə zənginləşdirdi.
"Elektra Hall" Divalinin ruhunu əks etdirən parlaq işıqların məkanına çevrildi. Müxtəlif qrup insanlar şənliyə qatılaraq onu inkluziv və yaddaqalan bir tədbirə çevirdilər.
Səfir Sridharan Madhusudhanan qısa çıxışında mədəni harmoniya və Hindistan-Azərbaycan dostluğunu xüsusi vurğuladı. Hindistan Assosiasiyasının prezidenti Jai Dalvani əməkdaşlıq ab-havasına görə minnətdarlığını bildirdi.
Gecədə xanımların çıraqla ənənəvi yürüşü, klassik hind rəqsləri, alov şousu, Azərbaycan və Kuba artistlərinin çıxışları Divalinin qlobal xüsusiyyətini vurğuladı.
Mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq edən rəsm sərgisinin açılışı, gecənin əsas vacib məqamı oldu. Sərgidə, Hindistan səfirliyinin dəstəyi ilə “Arts Council Azerbaijan tərəfindən həyata keçirilən layihə çərçivəsində Hindistan mövzusunda çəkilmiş Azərbaycan rəsmləri nümayiş etdirildi.
Tədbir gecəni işıqlandırmaqla kifayətlənməyib, birlik və harmoniya simvolu olub, Hindistan və Azərbaycan arasında mədəni bağı gücləndirməklə bütün iştirakçılarda xoş təəssürat yaratdı.