Bakı. Trend:
2026-2027-ci tədris ilində 75 min tələbə qəbulu nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
Nazir qeyd edib ki, son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb.
2022-2026-cı illər üzrə Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olanların sayı artıb. 2022-2023-cü illər üzrə 336 nəfər, 2022-2024-cü illər üzrə isə 717 nəfər Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olub. Qeyd edib ki, qəbul olanların 393 nəfəri (55 faiz) Böyük Britaniya, 84 nəfəri Türkiyə (12 faiz), 73 nəfəri ABŞ (10 faiz), 43 nəfəri Almaniya (6 faiz), 124 nəfəri (17 faiz) isə digər ölkələrdə təhsil almağı seçib.
Qeyd edək ki,Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edir.