...

Avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var - Rəhman Hümmətov

Cəmiyyət Materials 18 Dekabr 2023 11:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daşıyıcıların avtobus parkının yeniləməsi üçün iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

R.Hümmbətov qeyd edib ki, bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil edilib.

“Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin isə yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını alıb. Hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var”, - deyə nazir müavinin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti