...

Səudiyyə Ərəbistanı ərəb dilinin qorunub saxlanmasına böyük önəm verir - Səfir

Cəmiyyət Materials 18 Dekabr 2023 15:20 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı ərəb dilinin qorunub saxlanmasına və yayılmasına böyük önəm verir.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam ben Saleh əl-Cuteyli Dünya Ərəb Dili Gününə həsr olunmuş tədbirdə deyib.

"Səudiyyə Ərəbistanı ərəb dilinin qorunub-saxlanmasına və yayılmasına böyük önəm verir. Onun inkişafı strategiyamızın əsas tərkib hissəsidir. Ərəb dili Səudiyyə Ərəbistanı sakinlərinin milli kimliyinin ayrılmaz hissəsidir", - deyə səfir qeyd edib.

O, həmçinin, orta əsrlərdə Azərbaycanın bir çox görkəmli alim, şair və yazıçılarının ərəb dilində yazıb-yaratdığını vurğulayıb. Hazırda isə ərəb dili Azərbaycanda nüfuzlu ali təhsil ocaqlarında və məktəblərində tədris olunur.

"Ərəb dili dünyanın ən qədim və mühüm dillərindən biri olaraq zəngin mədəni və elmi nailiyyətlərə malik olmaqla, dünyada ən çox yayılmış dillərdən biri olaraq qalır", - İssam ben Saleh əl-Cuteyli deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti