...

Bakıda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın 8-ci sessiyası keçirilir (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2023 13:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) növbəti 8-ci Sessiyası öz işinə başlayıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

İki gün davam edəcək sessiyanın gündəliyində dayanıqlı inkişaf məqsədləri kontekstində su hövzələrinin və su bioloji resurslarının davamlı idarə olunması yollarının müzakirəsi, region ölkələrinin daxili su hövzələrində balıq ehtiyatlarının öyrənilməsi, balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplərin hazırlanması və sənədlərin qəbulu nəzərdə tutulub.

Sessiyada Azərbaycan, Türkiyə, Qırğızıstan və Tacikistan Komissiyanın üzvləri qismində, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan isə müşahidəçi qismində təmsil olunur.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Dövlət Su Ehtiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliklərinin sədrləri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti