...

Ailə münasibətlərinin bərpa olunması ailə üzvlərinin öz seçiminə buraxılacaq

Cəmiyyət Materials 21 Dekabr 2023 15:02 (UTC +04:00)
Ailə münasibətlərinin bərpa olunması ailə üzvlərinin öz seçiminə buraxılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ailə münasibətlərinin bərpa olunması ailə üzvlərinin öz seçiminə buraxılacaq.

Trend-in məlumatına görə, bunula bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Mövcud Qanunun 4-cü maddəsində Qanunun şamil edildiyi şəxslər dairəsi yalnız ailə üzvlərindən ibarət olmadığından Qanun layihəsinin 7.0.4-cü və 8.0.8-ci maddələrindən “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması nəzərdə tutulur.

Ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti