...

Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqləndi

Cəmiyyət Materials 28 Dekabr 2023 12:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı” təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı belədir:

1. Azərbaycan Respublikasının Audiovizual Şurası.

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxs.

3. “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs.

4. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs.

5. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs.

6. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs.

7. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

8. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.

9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.

Xəbər lenti

Xəbər lenti