...

Sumqayıtda polis əməkdaşları hava ilə əlaqədar təhlükəsizlik tədbirləri görürlər (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Yanvar 2024 11:27 (UTC +04:00)
Sumqayıtda polis əməkdaşları hava ilə əlaqədar təhlükəsizlik tədbirləri görürlər (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraiti ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dünən axşamdan başlayaraq gücləndirilmiş iş rejimində çalışırlar.

Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qarlı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər edilib. Nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır.

Vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Sumqayıt şəhərinin küçə və prospektlərinə yol patrul xidməti avtomobillərinin müşayəti ilə qum, duz səpilir. Təhlükəsizlik tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti