...

"Swiss International Air Lines" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib

Cəmiyyət Materials 30 Yanvar 2024 11:30 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Trend xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult).

"Boeing 777" təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti