...

AMEA-nın İnstitutunun 5 əməkdaşı vəzifədən azad edildi

Cəmiyyət Materials 13 Fevral 2024 11:33 (UTC +04:00)
AMEA-nın İnstitutunun 5 əməkdaşı vəzifədən azad edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə Trend-ə AMEA-dan məlumat verilib. Bildirilib ki, Direktorlar Şurasının iclasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti