...

Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olundu

Cəmiyyət Materials 22 Fevral 2024 15:25 (UTC +04:00)
Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.

Trend xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimayyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Yazıçının həyat və yaradıcılığından söhbət açılıb, barəsində xoş xatirələr danışılıb.

Sonra yazıçının vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib.

Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabları vardır. M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.

Bir müddət əvvəl insult keçirən M.Süleymanlı fevralın 21-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti