...

Bakıda avtomobil qaçırıldı

Cəmiyyət Materials 23 Fevral 2024 10:25 (UTC +04:00)
Bakıda avtomobil qaçırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobil qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar.

Fevralın 15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Tariel Məmmədov isə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən motosikletlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti