...

İki yük maşını toqquşdu - Sürücülər belə xilas edildi (VİDEO)

Cəmiyyət Materials 28 Fevral 2024 11:58 (UTC +04:00)
İki yük maşını toqquşdu - Sürücülər belə xilas edildi (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “SHACMAN” və “İSUZU” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti