...

BQXK-dan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 29 Fevral 2024 16:23 (UTC +04:00)
BQXK-dan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq aparır.

Trend xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin "X" sosial media hesabında qeyd edilib.

"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir",-deyə bildirilib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. O, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti