...

Şəkidə qadını maşın vurub öldürdü

Cəmiyyət Materials 29 Fevral 2024 18:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə piyadanı maşın vurub öldürüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində Şəki şəhəri ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti