Bakı. Trend:
Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində "yeniyetmələr" arasında fərqli alətlər üzrə ilk qaliblər müəyyənləşib.
Trend xəbər verir ki, Azərbaycan millisinin üzvləri İlham Salayev paralel qollarda qızıl, Hüseyn Qəhrəmanov paralel qollarda gümüş, halqalarda bürünc, Albina Aliyeva dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc, Leyla Məmmədzadə müxtəlif hündürlüklü qollarda gümüş, Məhəmməd Rüstəmzadə sərbəst hərəkətlərdə gümüş, Emin Xankişiyev isə sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
“AGF Trophy” beynəlxalq turnirində "gənclər" arasında fərqli alətlər üzrə ilk qaliblər də məlum olub.
Azərbaycan millisinin üzvü Aydın Əlizadə sərbəst hərəkətlərdə qızıl, halqalarda gümüş, paralel qollarda isə bürünc medal əldə edib.
Dəniz Əliyeva isə dayaqlı tullanmada gümüş medal qazanıb.
"Böyüklər" arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər.
Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş medal qazanıb.
Qeyd edək ki, idman gimnastikası üzrə "AGF Trophy" beynəlxalq turniri Milli Gimnastika Arenasında 15-17 mart tarixləri arasında keçirilir. Yarışlarda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.
