...

Azərbaycanda valyuta sərvətlərini daşımaq üçün məlumat və sənədlərin tərtib olunması forması dəyişdi

Cəmiyyət Materials 19 Mart 2024 17:19 (UTC +04:00)
Azərbaycanda valyuta sərvətlərini daşımaq üçün məlumat və sənədlərin tərtib olunması forması dəyişdi
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti 23 sentyabr 2023-cü il tarixli “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunması forması”nda dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra daşınma zamanı Dövlət Gömrük Komitəsinin Maliyyə Monitorinqi Xidmətinə təqdim etdiyi Formada məlumat və sənədlərin təqdim edilmə əsası da əks etdirilməlidir.

Maliyyə Monitorinqi Xidməti tələb etdiyi halda həmin məlumat və sənədlər elektron formada tərtib olunaraq göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti