...

Bakı hava limanında bayram günlərində sərnişin axını 30%-dən çox artıb

Cəmiyyət Materials 27 Mart 2024 14:44 (UTC +04:00)
Bakı hava limanında bayram günlərində sərnişin axını 30%-dən çox artıb

Bakı. Trend:

2024-cü il martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin nəticələrini 32,5% üstələyib. 2023-cü ilin eyni dövründə bu rəqəm 91,3 min sərnişin təşkil edib.

Bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.

Ən sıx gün martın 24-də olub və 19 334 sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.

Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.

Xəbər lenti

Xəbər lenti