...

Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu

Cəmiyyət Materials 29 Mart 2024 13:47 (UTC +04:00)
Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu

Bakı. Trend:

Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad Yunus UNEC rektoruna müraciət edib.

Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib.

Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış edib və ona UNEC-in Fəxri professoru diplomu təqdim olunub.

Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobel mükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsinin problemlərinə həsr edib.

Xəbər lenti

Xəbər lenti