...

Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib

Cəmiyyət Materials 2 Aprel 2024 10:10 (UTC +04:00)
Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün “2022-2026-cı illər üçün Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) ilk məzunları ilə görüş və Karyera Sərgisi keçirilib.

Trend xəbər verir ki, sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunlar tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb.

Tədbirin birinci hissəsi elm və təhsil nazirinin müavini Həsən Həsəlinin nitqi ilə açıq elan olunub, daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadovun nitqi və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın hesabat çıxışı ilə davam edib.

Həmçinin, tədbirdə məzunlar üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının Dövlət Qulluğuna müraciət etmək qaydaları” və “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu Əmək bazarına çıxış üçün nə tələb olunur” mövzularında maarifləndirici çıxışlar baş tutub.

Daha sonra isə Dövlət Proqramı məzunları üçün ölkənin 30-a yaxın nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların iştirak etdiyi karyera sərgisi təşkil olunub. Sərgidə məzunlarla müxtəlif qurumlar tərəfindən vakansiyalar paylaşılıb.

Qeyd edək ki, Dövlət Proqramı Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərədək, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir. Proqram çərçivəsində təhsil alan proqram iştirakçıları təhsillərini bitirdikdən sonra müvafiq qaydaların tələblərinə uyğun olaraq geri qayıdaraq 5 illik əmək fəaliyyəti ilə məşğul olmalı və ölkənin sosial-iqtisadı inkişafına töhfə verməlidirlər.

Xəbər lenti

Xəbər lenti