...

Binəqədidəki yanğında xəsarət alanların sayı açıqlanıb - RƏSMİ

Cəmiyyət Materials 6 Aprel 2024 12:19 (UTC +04:00)
Binəqədidəki yanğında xəsarət alanların sayı açıqlanıb - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

06.04.2024-cü il tarixində saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb. Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti