...

Bakıda BMT-Turizmin Avropa üzrə Komissiyasının iclası keçiriləcək

Cəmiyyət Materials 9 Aprel 2024 11:33 (UTC +04:00)
Bakıda BMT-Turizmin Avropa üzrə Komissiyasının iclası keçiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş BMT-Turizmin (Ümumdünya Turizm Təşkilatı) Avropa üzrə Regional Komissiyasının 70-ci iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib.

Trend xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda BMT-Turizmdə (Ümumdünya Turizm Təşkilatı) daimi nümayəndəsi Ramiz Həsənov da iştirak edib.

İclas çərçivəsində ölkəmizin 2025-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 71-ci iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti