...

Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib

Cəmiyyət Materials 15 Aprel 2024 18:18 (UTC +04:00)
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib.

Trend xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkəmizdə səfərdə olan T.Hakala ilə görüşdük. Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti