...

Sosial ödənişlər üzrə 2 milyard manatdan çox ödəmə edilib

Cəmiyyət Materials 16 Aprel 2024 11:34 (UTC +04:00)
Sosial ödənişlər üzrə 2 milyard manatdan çox ödəmə edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 224,4 milyon manat və ya 11,5 faiz çoxdur.

Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq, cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti