...

Bulgari fondu möhtəşəm gələcəyin əsasıdır: şanlı tarixdə yeni dövr (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Aprel 2024 17:00 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il tezliklə özünün 140 illiyini qeyd edəcək Bulgari Evinin tarixində mühüm dövr olacaq. Bu il Ev mühüm layihə olan Bulgari Fondunun yaradıldığını elan edib.

"Bu gün biz möhtəşəm gələcəyin əsasını qoya biləcəyik", - Bulgari Evi bu inancla Bulgari Fondunun yaradıldığını qürurla bəyan edib.

Bulgari Fondunun missiyası tanınmış zərgər Evinin identikliyinin bir hissəsidir. Bulgari Fondu incəsənət, xeyriyyəçilik, təhsil və inklüzivliyə, eləcə də, təcrübənin ötürülməsinə dərin kök salmış sadiqliyi qoruyub saxlayacaq.

Bulgari Fondu öz vətəni, əbədi şəhər adlandırılan Romanın daima təkamül edən gözəlliyi ilə yaşayır və ilhamlanır. Bu, incəsənətin yeni formalara ruhlandırdığı, möhtəşəmliyin isə zəngin irs sayəsində yalnız artdığı şəhərdir.

Romada, Sülh Mehrabında (Ara Pacis Augustae) Bulgari-nin baş icraçı direktoru Jan-Kristof Babenin, Roma şəhərinin meri Roberto Qualtyerinin və Mədəni İrsin Qorunması İnstitutunun direktoru Klaudio Parisi Presiçenin iştirakı ilə keçirilən mətbuat konfransında Bulgari Fondunun yaradıldığı rəsmən elan edildi. Fondun fəaliyyəti tamhüquqlu gələcəyin qurulmasına, eləcə də, qayğı, səxavət və dəstək sayəsində yaradıcılığa töhfə verməyə yönələcək.

Zərgərlik Evi lazım olanı cəmiyyətə qaytarmaq və yerli icmalara qayğı göstərmək yolu ilə əbədi dəyərlərin yaradılmasını daima özünə borc bilib və bu zamanla hərtərəfli təşəbbüslərdə öz əksini tapıb.

Gender bərabərliyini dəstəkləyən və təhsilə bərabər çıxış imkanını müdafiə edən xeyriyyə təşkilatları ilə əməkdaşlıq, təhsil strukturlarının möhkəmləndirilməsinə investisiyalar, İtaliyanın mədəni irsinin qorunması üçün maliyyə dəstəyi, sənətkar icmalarına dəstək sisteminin təsis edilməsi - bütün bunlar Bulgari korporativ mədəniyyətinin daima fərqləndiyi sosial, xeyriyyəçi və mədəni fəaliyyətinə dərin sadiqliyin yalnız bəzi nümunələridir.

Bulgari Fondunun yaradılması ilə bu dərin kök salmış vəzifə və təşəbbüslərin geniş spektri incəsənət, xeyriyyəçilik və sənətkarlığı açıq-aşkar ilhamlandıran və ardıcıl dəstəyə çevrildi.

İnsan müxtəlifliyinin möhtəşəm gözəlliyini kəşf etməklə həyatı bəzəməyin mümkün olduğu ilə bağlı inancına sadiq qalan Fond fəaliyyətinin toxunduğu hər bir istiqamətdə gizlənən hədsiz potensialı və unikal gözəlliyi kəşf etmək, möhkəmləndirmək və qorumağı qarşısına məqsəd olaraq qoyur.

"Artıq uzun müddətdir ki, Bulgari irsimizdən çıxış edərək, böyük gələcəyin qurulmasına yönəlmiş bir sıra təşəbbüslərdə iştirak edir. Biz daima Evə ilham verən Romanın incəsənətinə, mədəni irsinə, təhsil almaqla həyatını dəyişdirmək şansına ehtiyacı olan həssas uşaqlara, cəmiyyətə müsbət təsir göstərən istedadlara və yeni nəsil sənətkar və ustadlara haqqını verməyi öz öhdəliyimiz bilmişik. Bu dərin sadiqlik daima təkamül edib, qlobal dəyişikliklərin diktə etdiyi müxtəlif tələbatlar isə heç vaxt eyni olmayacaq. Bu gün biz Bulgari Fondu ilə getdikcə daha mühüm təsir göstərərək, sonsuz metamorfozları əhatə etmək imkanına malikik", - deyə Bulgari qrupun baş icraçı direktoru və Bulgari Fondunun prezidenti Jan-Kristof Baben bildirib.

Bulgari S.p.A. şirkəti tərəfindən əsası qoyulmuş Bulgari Fondu prezident Jan-Kristof Baben və vitse-prezident Laura Burdezenin rəhbərlik etdiyi direktorlar şurası tərəfindən idarə olunacaq.

İncəsənət və mesenatlıq

İncəsənət irsini əbədiləşdirən Bulgari Fondu mühüm mesenatlıq fəaliyyətinə dəstək göstərməklə qiymətli milli və beynəlxalq mədəni abidələri gələcək nəsillər üçün qoruyacaq. Bu sadiqliyin əsasları hələ Fond təsis edilməzdən çox əvvəl Bulgari tərəfindən 2006-cı ildə Venesiyada Doge Sarayının Qızıl Pilləkəni Scala d’Oro-nun və 2014-cü ildə Romanın İspan pilləkənlərinin bərpasının maliyyələşdirilməsindən başlayaraq uzun təşəbbüslər silsiləsi vasitəsilə qoyulub. Misilsiz Roma irsinin müdafiəsinə yönəlmiş daha bir neçə mühüm himayədarlıq layihəsi bunlardır: Karakalla hamamlarının polixrom döşəmə mozaikasının bərpası (2015-16); əsas sponsorlaşdırılmış restavrasiya layihəsi kimi dünyanın ən mühüm qədim incəsənət kolleksiyası olan Torloniya kolleksiyasından 90 yunan və Roma heykəli (2017); Area Sacra di Largo Argentina abidəsində arxeoloji qazıntılar (2021); eləcə də Sülh Mehrabının (Ara Pacis Augustae) maliyyələşdirilməsi (2021).

Bulgari bu yaxında Avqust Mavzoleyinin ümumi məkanının bir hissəsi olan muzeyin maketinin dizaynı və reallaşdırılması məqsədilə daha bir patronaj layihəsinin həyata keçirilməsi üçün saziş imzalayıb. İmperator Avqust Meydanının (Piazza Augusto) restavrasiyası və təkmilləşdirilməsi ilə bu layihə Romaya dünyadakı ən əlamətdar və tanınmış yerlərini bütünlüklə qaytaracaq.

Bulgari-nin indiyə qədər etdiklərinin fonunda tarixi abidələrin qorunması ilə yanaşı, Bulgari Fondu müasir incəsənət və mədəni institutlarla tərəfdaşlıq sahəsində təşəbbüsləri təşviq etməklə, art-innovasiyalara imkan yaratmaqla, yeni istedadların təzahürü üçün imkanları təmin etməklə, eləcə də, yaradıcı qarşılıqlı fəaliyyət və qarşılıqlı fikir mübadiləsini asanlaşdırmaqla yeni istedadların imkanlarını genişləndirəcək.

Bulgari Evi bu məqsədlərə bir sıra təşəbbüslər vasitəsilə nail olub. Bunlara 2017-ci ildə Romadakı MAXXI muzeyinin əməkdaşlığı ilə iki ildə bir dəfə verilən və İtaliyada öz işlərini ərsəyə gətirən gənc rəssamlar nəslinə həsr olunan Maxxi Bvlgari Prize mükafatının təsis olunmasını, eləcə də, Uitni muzeyi ilə tərəfdaşlığı və Bulgari Evinin müasir amerikan incəsənətinin ən böyük sərgisi olan Biennale Uitni-nin növbəti üç buraxılışının əsas sponsoru olaraq çıxış etməsini göstərmək olar. Bulgari-nin müasir rəssamların Roma Evi ilə əməkdaşlıq etdiyi Milan dizayn həftəsinin son buraxılışlarında iştirakı da bu məqsədlə təşviq olunub.

Təhsil, xeyriyyəçilik və inklüzivlik

Bəşəriyyətin möhtəşəm müxtəlifliyindən əminlik qiymətli resurs kimi çıxış edir, Bulgari Fondu sosial və iqtisadi birliyi inklüzivlik nişanı altında yönləndirməklə hamı üçün bərabər imkanlar mühitini dəstəkləyir. Bu sadiqlik yoxsulluq və ayrı-seçkiliklə mübarizə aparan xeyriyyə təşkilatlarına yardımda və qlobal miqyasda əlverişsiz rayonlarda təhsil və səhiyyənin dəstəklənməsində, eləcə də, gender bərabərliyinin təmin olunmasında iştirakda ifadə olunacaq.

Bulgari tərəfindən uzunmüddətli xeyriyyə layihələrinin dəstəklənməsi inkişafın zəruri ilkin şərti kimi keyfiyyətli təhsilin əldə olunmasına imkan yaradır, Bulgari Fondu Bulgari və Save the Children arasında başladılmış 15 illik tərəfdaşlıqla başladılmış yolu davam etdirəcək.

Təhsil həyatı xilas edə bilirsə, istedad da bir çox insanı ruhlandıra bilər. 2016-cı ildə Bulgari tərəfindən müxtəlif sahələrdəki istedadlı qadınları mükafatlandırmaq üçün təsis edilmiş Aurora premiyası Bulgari Fondunun yenilikçi qadınları tanıtmaq, onları təşəbbüskarlığa ruhlandırmaq və oyunun qaydalarını dəyişən ideya və tədbirlər naminə virtuoz modellər yaratmaq üçün rəsmi platforması olacaq.

Bu sahədə daha bir təşəbbüs Bulgari-nin rəhbərliyi altında irəli sürülüb və yaxın gələcəkdə Bulgari Fondunun fəaliyyətini istiqamətləndirəcək - bu Roma Evinin məktəb təhsili və industriya arasında körpüləri möhkəmləndirməyi hədəfləyən Altagamma "Adotta Una Scuola" layihəsində iştirakıdır.

Təcrübə və sənətkarlığın ötürülməsi

İrs və gələcək arasında daha bir mühüm körpü salan Bulgari Fondu həm də ənənəvi incəsənət və peşəyə yeni həyat bəxş etməklə onların gələcək nəsillərə ötürüləcəyinə zəmanət verəcək, çünki möhtəşəm gələcək daima irsdən yaranır.

İntibah dövründə olduğu kimi, inklüziliyə əsaslanan və "yaradıcılıq sənəti"nə yönəlmiş mədəniyyətin tərəfdarı olan təhsil və təlim layihələrinin mərkəzində insan dayanacaq. Bulgari sənətkarlarının misilsiz irsi sənətkarlıq sahəsində gənc nəsil üçün peşəkar imkanların yaradılması, sahə üzrə istedadların tanınması və məşhurlaşması, eləcə də, Bulgari sənətkarlarının peşəkar bacarıqlarını təkmilləşdirən tədris proqramlarının hazırlanmasına şərait yaradan mühüm və yeni tərəfdaşlıqlara təkan verəcək

Son illərdə Bulgari Evi gənc nəsli əl işi sənəti ilə tanış edən çox sayda layihələri təşviq edib. Bunlara misal olaraq, Bulgari Zərgərlik Akademiyası (2017), Valenzada zərgərlik sənətində yeni olanların Bulgari zərgərlik məhsullarının hazırlanmasının xüsusi metodlarını öyrənəcəkləri tədris kursu və Bulgari Qrupun sənətkarlıq və istedadları ötürmək, təkmilləşdirmək və kəşf etmək məqsədi daşıyan Metier d'Excellence LVMH platformasını göstərmək olar.

Bundan başqa, Valenzada Bulgari Manifattura-nın 2022-ci ildə başladılan genişləndirilmə layihəsi çərçivəsində Bulgari Evi xarici tələbələrin təlimi üçün özünün ilk La Scuola Bulgari məktəbini açacaq. Bu imkan, eyni zamanda, zərgərlik sahəsi üçün mədəni oriyentir olmaqla, gələcəkdə italyan zərgərlərin ənənəsinin təşviq edərək yeni nəsil sənətkarların peşəkarlığı istiqamətində məqsədyönlü yol təklif etməyi nəzərdə tutur. Bu, həmçinin, Bulgari Fondunun fəaliyyətində bundan sonra mərkəzi yer tutacaq əsas hədəfdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti