...

40-a yaxın bağça müdiri işdən çıxarılıb

Cəmiyyət Materials 18 Aprel 2024 12:27 (UTC +04:00)
40-a yaxın bağça müdiri işdən çıxarılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

40-a yaxın bağça müdiri işdən çıxarılıb.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

“Bağçalarda nöqsanlarla bağlı şikayətlər alırıq. Bu səbəbdən agentlik bağçalarda mütəmadi monitorinqlər aparır. Monitorinqlərin nəticəsində 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq verilib.

Son 3 ayda 282 nəfər tərbiyəçi-müəllim uşaq bağçalarında işə qəbul olunub. Agentliyin fəaliyyəti dövründə məktəblərdə isə 552 müəllim müddətli əsaslarla işə qəbul olunub. 112 müəllimin iş yeri qarşılıqlı şəkildə dəyişdirilib”, - deyə E.Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti