...

Bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2024 16:14 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Trend xəbər verir ki, halqa və topla fərdi hərəkətlər proqramında qalib və mükafatçılar, o cümlədən beş halqa ilə qrup hərəkətləri üzrə çıxış edən komandalar mükafatlandırılıb.

Halqa ilə hərəkətlər proqramında Daria Varfolomeyev (Almaniya) qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Eva Brezəliyeva (Bolqarıstan) isə bürünc medala sahib olublar.

Topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə Daria Varfolomeyev (Almaniya) qalxıb, ikinci yeri Eva Brezəliyeva (Bolqarıstan), üçüncü yeri isə Taisiya Onofriyçuk (Ukrayna) tutub.

Beş halqa ilə proqram üzrə qrup hərəkətləri üzrə komandalar arasında Yaponiya komandası birinci, İtaliya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Xəbər lenti

Xəbər lenti