...

Bərdədə 23 yaşlı qız 45 yaşlı kişi tərəfindən qaçırılıb

Cəmiyyət Materials 23 Aprel 2024 15:47 (UTC +04:00)
Bərdədə 23 yaşlı qız  45 yaşlı kişi tərəfindən qaçırılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2001-cı il təvəllüdlü Sevinc İlqar qızı Abdullayeva səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyir. Ailə üzvləri hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat veriblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti