Bakı. Trend:
Qusarda kafe yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallah /Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qusar şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.
Yüksək temperaturdan 2 otağın lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.