...

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Cəmiyyət Materials 29 Aprel 2024 10:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mobilliyin transformasiyası proqramı çərçivəsində AYNA tərəfindən Bakı şəhərində avtobus dayanacaq pavilyonlarının quraşdırılması və yenilənməsi prosesi davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır.

Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır. Ümumilikdə 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti