...

Ucarda narkokuryer tutuldu

Cəmiyyət Materials 15 May 2024 09:50 (UTC +04:00)
Ucarda narkokuryer tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb.

Araşdırmalar zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyənləşib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti