Bakı. Trend:
Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı müzakirə olunur.
Trend xəbər verir ki, məlumatı komitənin sədri Bahar Muradova təqdim edir.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20‐ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023‐ cü il üzrə Məlumatı ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.
Məlumat hazırlanarkən Azərbaycan Respublikasının 62 mərkəzi, 76 yerli icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti orqanlarının, bir sıra qeyri hökumət təşkilatlarının məlumatlarından istifadə edilib.