...

Azərbaycanda səhiyyə xərcləri azaldılır

Cəmiyyət Materials 25 May 2024 11:57 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində səhiyyə xərcləri 8 milyon manat azaldılır.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səhiyyə xərcləri təsdiq olunmuş 1871,3 milyon manata qarşı 1863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz) proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti