...

Bu il doğulan körpələrin 53 faizə qədəri oğlandır

Cəmiyyət Materials 14 İyun 2024 10:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında 33 575 doğulan körpə qeydə alınıb.

Trend xəbər verir ki,. bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 11,1-dən 10-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub.

Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.

Xəbər lenti

Xəbər lenti