...

Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 20 İyun 2024 11:11 (UTC +04:00)
Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Trend-ə verilən xəbərə görə, 19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Oğuz 11 mm, Şəki 6 mm, Xaltan 3 mm, Qrız 1 mm-dək olub.

Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti