Bakı. Trend:
Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri müəyyən
edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna
dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitəsi
sürücüsünün aşağıdakı vəzifələri vardır:
- kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;
- kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri
üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;
- müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped
yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında,
park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan
sürətlə hərəkət edilməlidir).
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.