...

Saməddin Əsədov ideya sahiblərini "Azərkosmos" ilə əməkdaşlığa dəvət edib

Cəmiyyət Materials 27 İyun 2024 17:29 (UTC +04:00)
Saməddin Əsədov ideya sahiblərini "Azərkosmos" ilə əməkdaşlığa dəvət edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kosmik sənayədə uğur qazanmaq və gələcəyini bu sahədə görən insanlar, xüsusilə icmalar bir araya gəlməlidir. Kosmik sahənin nümayəndələri bir araya gəlib ortaq məsələlər birgə müzakirə olunsa, həm ölkədaxili, həm də beynəlxalq əlaqələr genişlənər, yeni əməkdaşlıqlar formalaşar. Bu isə ümumilikdə kosmik sahənin inkişafına böyük tövhə verər.

Trend xəbər verir ki, bu barədə bu gün "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında çıxışında deyib.

Saməddin Əsədov Azərbaycanda və ölkədən kənarda yaşayan azərbaycanlı gəncləri kosmik sahədə fəaliyyət göstərən startapları və ümumilikdə ideya sahiblərini "Azərkosmos" ilə əməkdaşlığa dəvət edib.

"Əgər sizin kosmik sahəyə dair startapınız, və ya kosmosda Data, kosmosa səyahət və sair kosmik ideyalarınız varsa, gəlib bizimlə əlaqə saxlaya bilərsiz", - deyə "Azərkosmos" sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti